Məqsədlərimiz

—Azərbaycan Respublikasında qadınların sağlamlıq göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərən problemlər hələ də mövcuddur.

—Beynəlxalq Mama-Ginekoloqlar Federasiyasının və Avropa Perinatoloqlar Cəmiyyətləri Birliyinin üzvləri sırasında dünyanın inkiçaf etməkdə olan bir çox dövlətləri, o cümlədən keçmiş sovet birliyinə daxil olan ölkələrin daxil olmasına baxmayaraq, Azərbaycanın adı müvafiq beynəlxalq təşkilatlar arasında yoxdur.

—İrsi xəstəliklərin yayılma tezliyinə görə respublikamız dünya dövlətləri arasında ön sıralarda olsa da, qohum nigahların sayında azalma hiss olunmur.

—Bir qrup qadınların sosial səviyyəsinin aşağı olması onların hamiləliyə və doğuşa nəzarət, uşaqlara qulluq və onların düzgün tərbiyəsi kimi vacib xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

—Yeniyetməlik dövrünə qədəm qoymuş oğlan və qızların cinsi tərbiyəsi istiqamətində bir çox problemlər mövcuddur.

—Respublikamızda elmi dərəcəsi olan coxsaylı mama-ginekoloq və neonatoloqlar olsa da, dunyada tanınmış yüksək reytinqli jurnallarda nəşr olunmuş məqalələr çox azdır.

Azərbaycan respublikasında çoxsaylı mama ginekoloqlar və neonatoloqların olmasına baxmayarag, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilən elmi jurnal nəşr edilməmişdir.