Menstrual tsikl pozulmalarının diaqnostikası və müalicəsinə müasir yanaşma

Hörmətli kolleqalar!

17 aprel 2018-ci il tarixdə Park İnn Oteldə “Ginekologiya və Perinatologiyanın İnkişafına dəstək” assosiasiyasının təşkilati dəstəyi ilə “Menstrual tsikl pozulmalarının diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir. Konfransda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru professor Qurbanova Cəmilə Fazil qızı, Ukrayna Milli Elmlər Akademiyasının Müxbir üzvü, endokrin ginekologiya şöbəsinin müdiri, professor Tatarçuk Tatyana Feofanovna tərəfindən ediləcək məruzələr təkcə mama-ginekoloqlar üçün deyil, endokrinoloqlar üçün də maraqlı olacaq.

Tədbirdə iştirak etmək istəyənlər  qeydiyyatdan keçmək üçün Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edə bilərlər.

Əlavə məlumat üçün (+99412) 510 09 51 və (+99412) 510 09 52 telefonları ilə əlaqə saxlaya bilərlər.