Mamalıq və Ginekologiyanın aktual problemləri

Hörmətli kolleqalar,

18 aprel 2018-ci il tarixdə Bakı şəhərində Park İnn Oteldə “Ginekologiya və Perinatologiyanın İnkişafına dəstək” assosiasiyasının təşkilati dəstəyi ilə “Mamalıq və Ginekologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir. Konfransda yerli mütəxəssilərlə yanaşı Milan Universiteti, Ginekologiya və Obstetriya ,,L.Sacco” Biotibbi və Kliniki elmlər Şöbəsinin Dosenti Valeria Savasi və Lvov Tibb Universitetinin mama-ginekologiya və perinatologiya kafedrasının müdürü, Professor Piroqova Vera tərəfindən məruzələr ediləcək və həkim mama-ginekoloqlarla fikir mübadiləsi həyata keçiriləcək.

Tədbirdə iştirak etmək istəyənlər  qeydiyyatdan keçmək üçün Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edə bilərlər.

Əlavə məlumat üçün (+99412) 510 09 51 və (+99412) 510 09 52 telefonları ilə əlaqə saxlaya bilərlər.