Haqqımızda

DiplomBiz respublikamızda ginekologiya və perinatologiyanın inkişafına dəstək olmaq üçün öz kolleqalarımızın köməyinə əsaslanaraq belə bir assosiasiyanın yaradılmasına qərar verdik.

Bizim bu ideyamız Azərbaycan respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən müsbət qiymətləndirilmişdir.

06 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçməklə “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək” ictimai birliyi yaradılmışdır.