Ana Səhifə

Assosiasiya 50 nəfər ginekoloq neonatoloqlardan ibarət üzvləri mövcuddur.

P1KollektivAzərbaycann respublikasında ginekologiya və perinatologiya sahəsində aparılan bir çox yenidənqurma tədbirlərinə baxmayaraq, hazırda da göstərilən istiqamətlərdə əhəmiyyətli dərəcədə problemlər hələ də mövcuddur:  Beynəlxalq Mama-Ginekoloqlar Federasiyasının və Avropa P3Perinatoloqlar Cəmiyyətləri Birliyinin üzvləri sırasında dünyanın inkişaf etməkdə olan bir çox dövlətləri, o cümlədən keçmiş sovet birliyinə daxil olan ölkələrin daxil olmasına baxmayaraq, Azərbaycanın adı müvafiq beynəlxalq təşkilatlar arasında yoxdur; İrsi xəstəliklərin yayılma tezliyinə görə respublikamız dünya dövlətləri arasında ön sıralarda olsa da, qohum nigahların sayında azalma hiss olunmur; Bir qrup qadınların sosial səviyyəsinin aşağı olması onların hamiləliyə və doğuşa nəzarət, uşaqlara qulluq və onların düzgün tərbiyəsi kimi vacib xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir ; Yeniyetməlik dövrünə qədəm qoymuş oğlan və qızların cinsi tərbiyəsi istiqamətində problemlər mövcuddur; Respublikamızda elmi dərəcəsi olan coxsaylı mama-ginekoloq və neonatoloqlar olsa da, dünyada tanınmış yüksək reytinqli jurnallarda nəşr olunmuş məqalələr çox azdır. Ölkəmizdə ginekologiya ve perinatologiyanin inkişafina kömək etmək məqsədilə, mamalıq və ginekologiya sahəsində yerli və beynəlxalq səviyyədə böyük uğurlara imza atmış, tibb elmləri doktoru, professor Cəmilə Qurbanova tərəfindən 06 dekabr 2012-ci ildə Azərbaycan Respublikasinin Ədliyyə  Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçməklə  “Ginekologiya ve Perinatologiyanin İnkişafına Dəstək” ictimai birliyi yaradilmişdir. Onun rəhbərliyi altında qısa fəaliyyəti ərzində birlik yerli və xarici mütəxəssislərin iştirakı ilə bir çox konfrans, dəyirmi masa və seminarlar təşkil etmişdir. Assosiasiya Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq edərək respublikamızın muxtəlif regionlarinda treninqlərin keçirilməsində iştirak etmişdir.   06.11.2013-ci il tarixində birliyin  “Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri” adlı jurnalının ilk sayı çapdan cıxmışdır. İctimai birliyin qarşıya qoyduğu digər məsələ isə  əhali arasında maariflənmənin aparılmasıdır. Məlumdur ki, hələ də bu və ya digər səbəblərdən həkim müayinəsindən kənarda qalan qadınlarımız çoxdur. Bəzi qadınlar yalnız kritik vəziyətlərdə, ya da hamiləliyin sonuna yaxın bu haqda düşünür.Bundan başqa evdə doğuş halları da mövcuddur. Əhalinin müxtəlif üsullarla məlumatlandırılması, onların müayinəyə cəlb olunması respublikamızda sağlamlıq göstəricilərinin yüksəlməsinə kömək edəcəkdir.